Oliver Varhei - Aİ Gürcüstanın çağırışlarla dolu regional təhlükəsizlik vəziyyətində stabillik səylərini tam dəstəkləyir
Avropa İttifaqı Gürcüstanın çağırışlarla dolu regional təhlükəsizlik vəziyyətində stabillik səylərini tam dəstəkləyir-bu barədə Avropa komissarı Oliver Varhei Gürcüstanın xarici işlər naziri İlia Darçiaşvili ilə görüşdən sonra “Twitter”də yazıb.
“Gürcüstanın xarici işlər naziri ilə Avropa İttifaqının xarici işlər nazirləri şurasının iclasında islahatlar prosesinin gedişatını, xüsusilə 12 prioritetin həyata keçirilməsini müzakirə etmək üçün görüşdüm. Aİ Gürcüstanın çağırışlarla dolu regional təhlükəsizlik vəziyyətində stabillik səylərini tam dəstəkləyir”- deyə Varhei “Twitter”də yazır.