Olaf Şolts- Gürcüstan və Moldova təhlükəsiz ölkələr kimi tanınmalıdır
Gürcüstan və Moldova təhlükəsiz ölkələr kimi tanınmalıdır-deyə kansler Olaf Şolts bildirib. Olaf Şolts bu barədə Almaniyanın İctimai Yayımçısına verdiyi geniş müsahibəsində bildirib.
Jurnalist, Almaniya kanslerinin daxili işlər naziri Nensi Fayzerin deportasiya qaydalarının sərtləşdirilməsini nəzərdə tutan təşəbbüsünü dəstəkləyib-dəstəkləmədiyini soruşub və Şolts müsbət cavab verib.
Şoltsun sözlərinə görə, Gürcüstan və Moldovanın təhlükəsiz ölkələr kimi tanınması üçün addımlar atılmalıdır.
Təhlükəsiz ölkə statusu xarici ölkə vətəndaşlarına sığınacaq verilməsi prosesində əsas vasitələrdən biridir. Təhlükəsiz ölkələr, vətəndaşlarının sığınacaq almaq şansı çox aşağı olan ölkələrdir. Hüquqi status, qanunun aliliyi, ümumi siyasi şərtlər, insanların təqib və zorakılıqdan qorunma dərəcəsi kimi bir neçə meyara cavab verən ölkə təhlükəsiz sayılır.
Məlumat üçün bildirək ki, Almaniya parlamentinin aşağı palatası – Bundestaq 2019-cu ilin yanvarında Gürcüstanı təhlükəsiz ölkələr siyahısına daxil etmək qərarına gəlib, ancaq yuxarı palata – Bundesrat bu qərarı təsdiqləməyib.