Olaf Şolz Rusiyanın Ukraynaya eksperimental ballistik raketlə hücumunu təhlükəli eskalasiya adlandırıb
Almaniya kansleri Olaf Şolz Rusiyanın Ukraynanı yeni eksperimental raketlə bombalamasını təhlükəli eskalasiya adlandırıb.
Almaniya hökuməti başçısının sözlərinə görə, son eskalasiya bu müharibənin nə qədər təhlükəli olduğunu göstərir. Bu arada, bu gün səhər siyasi tədbirdə çıxış edən kansler qeyd edib ki, Berlin Ukraynanın güclü tərəfdarıdır, lakin Almaniya Ukraynaya “Taurus” qanadlı raketlərini göndərməyəcək.
Olaf Şolzun fikrincə, NATO ilə Rusiya arasında qarşıdurmadan qaçmaq lazımdır.