Olaf Şolz - Putini hərbi hücumu, qan tökülməsini dərhal dayandırmağa və qoşunları Ukraynadan tam çıxarmağa çağırıram
Olaf Şolz - Putini hərbi hücumu, qan tökülməsini dərhal dayandırmağa və qoşunları Ukraynadan tam çıxarmağa çağırıram

 

Putin yaxın qonşularına əzab və dağıntı gətirir- bu barədə Almaniya kansleri Olaf Şolz bildirib.

Şolzun da qeyd etdiyi kimi, 24 fevral Ukrayna üçün dəhşətli, bütün Avropa üçün isə qara gündür.

” Rusiya prezidenti Putin Ukraynaya hücum etməklə beynəlxalq hüququ yenidən kobud şəkildə pozur. Putin yaxın qonşularına əzab və dağıntı gətirir. O, Ukraynanın suverenliyini və sərhədlərini pozur. O, Ukraynada çoxlu günahsız insana, Rusiyanın qardaş xalqına təhlükə yaradır və yekunda qitəmizdə sülhün bərqərar olmasını təhdid edir. Bunun heç bir açıqlaması yoxdur. Bu Putinin müharibəsidir. Sanksiyaların məqsədi Rusiya rəhbərliyinə təcavüzə görə acı bədəl ödəyəcəklərini göstərməkdir. Putin bu müharibə ilə ciddi səhvə yol verdi. Rusiya prezidenti Vladimir Putini hərbi hücumu, qan tökülməsini dərhal dayandırmağa və qoşunları Ukraynadan tam çıxarmağa çağırıram” -deyə Şolz bildirib.