Olaf Şolz – Növbəti Amerika prezidenti ilə işləməyə davam edəcəyik, bir şey aydındır, biz avropalılar olaraq təhlükəsizliyimiz üçün lazım olanı etməliyik
Almaniya kansleri Olaf Şolz deyir ki, Avropa Amerikanın növbəti prezidenti ilə işləməyə davam edəcək. O, bu barədə jurnalistlərə məlumat verib.
“Biz ABŞ-ın növbəti prezidenti ilə işləməyə davam edəcəyik və buna necə nail olacağımız məsələsi bizim müzakirələrimizin mövzusudur. Bir şey aydındır ki, biz Avropa İttifaqı olaraq, avropalılar olaraq təhlükəsizliyimiz üçün nə lazımdırsa, onu etməliyik”. – Şolz dedi.
Almaniya kansleri həmçinin qeyd edib ki, dünya bir çox problemlərlə üz-üzədir və “müharibə yenidən Avropadadır”.
“Rusiya Ukraynanı işğal edib və bu müharibəni amansız vəhşiliklə davam etdirir. Biz həmçinin Yaxın Şərqdə münaqişənin kəskinləşməsinin daimi təhlükəsini görürük. Ona görə də Avropa və Avropa İttifaqının bir yerdə, vahid və güclü olması zəruri və düzgündür”. – Şolz dedi.