Olaf Şolz deyir ki, Almaniyada musiqi festivalında 3 nəfəri öldürən silahlı şəxs tezliklə tutulmalı və qanun çərçivəsində cəzalandırılmalıdır
Olaf Şolz deyir ki, Almaniyada musiqi festivalında 3 nəfəri öldürən silahlı şəxs tezliklə tutulmalı və qanun çərçivəsində cəzalandırılmalıdır

Almaniya kansleri Olaf Şolz ölkənin cənubundakı Solingen şəhərində musiqi festivalına edilən hücumu pisləyib.

“Ölənlərə yas tutur və onların ailələrinə dəstəyimizi bildiririk. Yaralıların tezliklə sağalmasını arzulayıram. Günahkar mümkün qədər tez həbs edilməli, o, qanun çərçivəsində cəzalandırılmalıdır”, – Olaf Şolz açıqlamasında bildirib.

Musiqi festivalına hücum gecə saatlarında baş verib. Silahlı şəxs bıçaqla 3 nəfəri öldürüb, bir neçə nəfəri isə ağır yaralayıb.