Olaf Şolz Avropa Futbol Çempionatı zamanı sərhəd nəzarətinin tətbiqi planını dəstəkləyib
09.05.2023, Frankreich, Straßburg: Bundeskanzler Olaf Scholz (SPD) spricht im EU-Parlament. Scholz will im Europaparlament seine Sicht auf die aktuelle Lage und die Zukunft der EU präsentieren. Foto: Kay Nietfeld/dpa +++ dpa-Bildfunk +++
Almaniya kansleri Avropa futbol çempionatı zamanı sərhəd nəzarətinin tətbiqi planını dəstəkləyib. Onun sözlərinə görə, bunda yenilik yoxdur və digər kütləvi tədbirlərdə də analoji tədbirlərdən istifadə olunub.
“Bu, Avropada istifadə etdiyimiz və təhlükəsizliyə xidmət edən sübut edilmiş bir vasitədir. Məncə bunu hamı başa düşür. Biz vətəndaşlarımızın təhlükəsizliyini qorumaq üçün lazım olan hər şeyi edəcəyik”, – deyə Şolz bildirib.
Almaniyanın daxili işlər naziri Nensi Fezer daha əvvəl 2024-cü il Avropa Futbol Çempionatı zamanı Almaniya hökumətinin zorakı cinayətlər törədən şəxslərin Almaniyaya daxil olmasının qarşısını almaq üçün ölkənin bütün sərhədlərində sərhəd nəzarətini həyata keçirəcəyini bildirmişdi.
“Radikal islamçılar və digər ekstremistlərə, həmçinin futbol xuliqanlarına, eləcə də şəbəkələrin kiberhücumlara qarşı təhlükəsizliyinə xüsusi diqqət yetiriləcək”, – deyə Fezer bildirib.
Futbol üzrə Avropa çempionatı Almaniyada keçirilir və iyunun 14-dən iyulun 14-dək davam edəcək.