Olaf Şolz – Almaniyada sərhəd nəzarəti uzun müddət davam edəcək
Almaniya kansleri Olaf Şolz bildirib ki, Almaniyada sərhəd nəzarəti uzun müddət davam edəcək.
Almaniya sentyabrın 16-dan Fransa, Lüksemburq, Hollandiya, Belçika və Danimarka ilə sərhəd nəzarəti tətbiq edib. Polşa, Çexiya, Avstriya və İsveçrə ilə də sərhəd nəzarəti gücləndirilib.
Qərarın məqsədi qeyri-qanuni miqrasiya, eləcə də islamçı terror qrupları və beynəlxalq cinayətkar təşkilatların təhdidləri ilə mübarizə aparmaqdır.
Olaf Şolz qeyd edib ki, sərhəd yoxlamaları “çox qıcıq yaradır”, baxmayaraq ki, Almaniya bununla bağlı hər hansı dəyişiklik etmək niyyətində deyil.
“Nə qədər lazımdırsa, edəcəyik. Və bu, çox uzun müddət davam edəcək”. – Şolz dedi.
Almaniya Daxili İşlər Nazirliyinin məlumatına görə, ölkənin quru sərhədlərinə nəzarətin tətbiq olunduğu 2023-cü ilin oktyabrından indiyədək 30 mindən çox insan ölkəyə buraxılmayıb.