Olaf Şolts, Ukrayna tərəfindən Rusiyadakı hədəflərə qarşı alman silahlarından istifadənin Rusiya ilə eskalasiya təhlükəsi yaratmadığını bildirir
Olaf Şolts, Ukrayna tərəfindən Rusiyadakı hədəflərə qarşı alman silahlarından istifadənin Rusiya ilə eskalasiya təhlükəsi yaratmadığını bildirir

 
Almaniyanın kansleri, Ukrayna tərəfindən Rusiyadakı hədəflərə qarşı alman silahlarından istifadənin Rusiya ilə eskalasiya təhlükəsi yaratmadığını bildirir.

Olaf Şoltsun ​​izah etdiyi kimi, Qərb silahlarından istifadə etmək Ukraynanın hüququdur, bununla Kiyev böyük şəhərlərini Rusiyanın hücumlarından müdafiə edə biləcək.

“ABŞ Prezidentinin dediyi kimi, söhbət yalnız böyük şəhərləri, məsələn, Xarkovu müdafiə etmək imkanından gedir” – Şolts qeyd edib.

Həmçinin, kansler əlavə edir ki, Ukraynaya Qərb silahlarından Rusiyada istifadə etmək hüququnun verilməsi məsələsi Almaniyanın “müttəfiq dostları” ilə ətraflı müzakirə edilib.

Almaniya mayın 31-də Ukraynaya Rusiyanın hədəflərinə qarşı onun verdiyi silahlardan istifadə etmək hüququ verib. Kiyev eyni icazəni eləcə də ABŞ və digər Avropa ölkələrindən alıb.