Olaf Şolts - Qarabağ sakinlərinin hüquqları və təhlükəsizliyi zəmanət altına alınmalıdır, onların indi humanitar yardıma ehtiyacı var, bu, Azərbaycanın məsuliyyətidir
Olaf Şolts - Qarabağ sakinlərinin hüquqları və təhlükəsizliyi zəmanət altına alınmalıdır, onların indi humanitar yardıma ehtiyacı var, bu, Azərbaycanın məsuliyyətidir

Almaniya kansleri Olaf Şoltsun sözlərinə görə, Qarabağ sakinlərinin hüquqları və təhlükəsizliyi zəmanət altına alınmalıdır. Şolts bunu Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışığı zamanı qeyd edib. Məlumatı Almaniyanın “Deutsche Welle” nəşri yayıb.

Onun sözlərinə görə, indi Qarabağ xalqının humanitar yardıma ehtiyacı var ki, bu da Azərbaycanın üzərinə düşür.

O, Qarabağa yardımın Ermənistanı Qarabağla birləşdirən yeganə yol olan Laçın dəhlizindən keçməli olduğunu qeyd edib.

Şoltsun sözlərinə görə, Almaniya hökuməti güc tətbiqinin əleyhinədir və Ermənistanla Azərbaycan arasında danışıqları münaqişənin həllinin yeganə yolu hesab edir.