Olaf Şolts - nəhayət ki, Qərbi Balkan ölkələrini Avropa İttifaqına qəbul etmək istəyirik, Moldova, Ukrayna və gələcəkdə Gürcüstan üçün də belə planlarımız var
Nəhayət ki, Qərbi Balkan ölkələrini Avropa İttifaqına qəbul etmək istəyirik, Moldova, Ukrayna və gələcəkdə Gürcüstan üçün də belə planlarımız var-bu barədə Almaniyanın kansleri, Olaf Şolts Avropa Siyasi Birliyinin sammitində açıqlayıb.
“Bu, ilk növbədə, Avropa İttifaqının genişlənməsinə aiddir. Biz bilirik ki, məqsədimiz 20 illik vədlərdən sonra nəhayət Qərbi Balkanları Aİ-yə daxil etməkdir. Moldova və Ukrayna ilə, gələcəkdə Gürcüstanla bağlı da belə planlarımız var. Aİ komissarları nə qədər çox olsa, bunun ağlabatan şəkildə necə işləyə biləcəyi barədə bir o qədər çox düşünməlisiniz. Axı siz yeni nazirliklər icad etməklə hökuməti genişləndirməkdə davam edə bilməzsiniz. Beləliklə, biz praqmatik bir həll tapmalı olacağıq. Almaniyada bizim üçün böyük üzv dövlətimizin Avropa Parlamentində neçə yerə sahib olması məsələsi açıq şəkildə rol oynayır” – Olaf Şolts bildirib.