Olaf Şolts iyunun 9-da İrakli Ğaribaşvili ilə görüşəcək
Olaf Şolts iyunun 9-da İrakli Ğaribaşvili ilə görüşəcək

 

Almaniyanın kansleri Olaf Şolts iyunun 9-da Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili ilə görüşəcək. Müvafiq məlumatı kanslerin ofisi yayır.

Almaniya kanslerinin mətbuat xidmətinin məlumatında İrakli Ğaribaşvili və Olaf Şolts arasında danışıqlarda cari beynəlxalq, təhlükəsizlik və Avropa siyasəti məsələləri, eləcə də iqtisadi əməkdaşlıq mövzularına diqqət yetiriləcəyi deyilir.

İkitərəfli görüşdən sonra mətbuat konfransı planlaşdırılmayıb.