Olaf Şolts Gürcüstan, Ukrayna, Moldova və Balkan ölkələrinin son olaraq Aİ-yə qoşulmalı olduğunu bildirib
Olaf Şolts Gürcüstan, Ukrayna, Moldova və Balkan ölkələrinin son olaraq Aİ-yə qoşulmalı olduğunu bildirib

 
Olaf Şolts Almaniyanın Avropa İttifaqının genişlənməsini və Gürcüstan, Ukrayna və Moldovanın iqtisadi bloka qoşulmasını dəstəklədiyini bildirir. “Reuters” Almaniya kanslerinin bu barədə Praqada Karl Universitetində çıxışı zamanı danışdığını yazır.

Olaf Şolts çıxışında çoxluq səsverməsinə keçidin iqtisadi blokun genişlənməsinin təməl daşlarından biri olduğunu bildirib. O, Almaniyanın Aİ-nin genişlənməsini dəstəklədiyini təsdiqləyib və Gürcüstan, Ukrayna, Moldova və Balkan ölkələrinin son olaraq Aİ-yə qoşulmalı olduğunu xüsusilə vurğulayıb.

“Lakin bu genişlənmiş ittifaqda üzv dövlətlər arasında siyasi maraqlar, iqtisadi təsir və sosial təhlükəsizlik sistemlərinin təminatı baxımından fikir ayrılıqları artacaq . Yekdilliyin zərurət daşıdığı bu günlərdə ayrı-ayrı ölkənin veto hüququndan istifadə etməsi və digər üzv dövlətlərin tərəqqisinə mane olma riski hər bir əlavə üzv dövlətin qəbul edilməsi ilə artır. Bu səbəbdən mən ümumi xarici siyasətdə, eləcə də vergi siyasəti kimi digər sahələrdə tədricən səs çoxluğuna keçidi təklif etdim” – deyə Olaf Şolts bildirib.