Olaf Şolts Çində səfərdədir

14:30, 14.04.2024

Almaniya kansleri Olaf Şolts Çində səfərdədir. “Reuters” agentliyinin yazdığı üzrə, Almaniya hökumətinin başçısı Çində üç günlük səfərdədir. Şolts ilə yanaşı, alman biznes nümayəndələri də Çindədir.

Almaniya kanslerinin səfəri Çinin cənub-şərqindən başlayıb, burada o, Çuntsin şəhərinə səfər edib.

Daha sonra Olaf Şollts Pekinə gedəcək, burada Almaniya kanslerinin Çin lideri Si Dzinpinlə görüşü nəzərdə tutulub.

Çinə gəldikdən sonra Şolts İranın İsrailə hücumuna münasibət bildirib və Pekinin Yaxın Şərqdə gərginliyin azaldılmasında müsbət rol oynaya biləcəyini bildirib.

Almaniya kansleri Çinə səfəri zamanı Ukraynada davam edən müharibədən də danışmağa hazırlaşır. Şolts Pekinin Moskvaya dəstəyinin Rusiyanın Ukraynaya qarşı müharibəni davam etdirməyə imkan verdiyini, bunun da Çinin Avropadakı reputasiyasını ləkələdiyini bildirir.

Oxşar