Olaf Şolts, Baydenin fiziki vəziyyətindən narahat olmadığını deyir
Olaf Şolts, Baydenin fiziki vəziyyətindən narahat olmadığını deyir

 
Olaf Şolts, Baydenin fiziki vəziyyətindən narahat olmadığını deyir. Bu haqda Almaniyanın kansleri NATO-nun Vaşinqtonda planlaşdırılan sammitinə yola düşməzdən əvvəl jurnalistlərin suallarına cavabında deyib.

“Xeyr, narahat deyiləm. Amerika Birləşmiş Ştatlarının Prezidenti ilə apardığım çoxlu söhbətlərdən bilirəm ki, o, bu sammiti yaxşı hazırlayıb. Qəbul ediləcək və hazırlanan çoxlu qərarlar olduqca sıx əlaqələndirilmişdir. Ona görə də bu, çox uğurlu sammit olacaq”-deyə Almaniya hökumətinin başçısı Vaşinqtona yola düşməzdən əvvəl bildirib.

Məlumat üçün bildirək ki, bunadək “Politico” ABŞ-ın müttəfiqlərinin Co Baydenin ABŞ prezident seçkilərində Donald Trampı məğlub edə bilməyəcəyindən ehtiyat etməsi haqda məqalə dərc etmişdi.