Olaf Şolts- Avropa İttifaqı üçün Ukrayna, Gürcüstan və Moldova, eləcə də Qərbi Balkan ölkələri də daxil olmaqla genişlənmə vacibdir
Avropa İttifaqı üçün Ukrayna, Gürcüstan və Moldova, eləcə də Qərbi Balkan ölkələri də daxil olmaqla genişlənmə vacibdir-bu barədə Almaniyanın kansleri Olaf Şolts Avropa Parlamentində çıxışında açıqlayıb.
Almaniya hökumətinin başçısı geosiyasi Avropanın həm də onun yaxın qonşularına verdiyi vədləri yerinə yetirib-yetirməməsi ilə ölçüldüyünü bildirib.
“Avropa İttifaqı Böyük Avropa ilə bağlı qərar qəbul edib və bu, Ukraynaya, eləcə də Qərbi Balkan ölkələri, Moldovaya, gələcəkdə isə Gürcüstana aiddir”-deyə Olaf Şolts açıqlayıb.
“Biz sizin Avropa İttifaqımızın bir hissəsi olmağınızı istəyirik” -deyə Almaniya kansleri açıqlayıb.