Olaf Şolts - Avropa İttifaqı Rusiyanın enerji resurslarından asılı olmamaq üçün hər şeyi edəcək, lakin hazırda tamamilə imtina edə bilməz
Olaf Şolts - Avropa İttifaqı Rusiyanın enerji resurslarından asılı olmamaq üçün hər şeyi edəcək, lakin hazırda tamamilə imtina edə bilməz

 

Aİ Rusiyanın enerji resurslarından asılı olmamaq üçün hər şeyi edəcək, lakin təşkilat Rusiyanın enerji resurslarından hazırda tamamilə imtina edə bilməz -bu barədə Almaniya kansleri Olaf Şolts Avropa Parlamentinin prezidenti Roberta Metsola ilə görüşdən sonra keçirilən brifinqdə bildirib.

Olaf Şolts və Roberta Metsola Rusiyanın Ukraynaya təcavüzünü və Rusiyaya qarşı tətbiq olunan sanksiyaları müzakirə ediblər.

Almaniya kanslerinin sözlərinə görə, Rusiyaya qarşı tətbiq olunmuş sanksiyaların təsiri artıq görünür və bu, hər gün daha da dramatikləşəcək.

Bununla yanaşı, Şolts enerji resurslarına embarqo qoyulması ilə bağlı Almaniyanın mövqeyinin dəyişməz olaraq qaldığını bildirib.

” Rusiyanın enerji resurslarından ən qısa zamanda müstəqil olmaq qərarına gəldik və bu məsələ üzərində gündəlik və intensiv işləyirik. Bunun üçün infrastrukturun yaradılması və digər təchizatçılarla yeni müqavilələrin bağlanması zəruridir. Əgər şaxələndirmə tez baş verərsə, təsir avtomatik olacaq” -deyə Olaf Şolts bildirib.