Olaf Şolts - Almaniya heç vaxt Ukraynanın təslim olmasını nəzərdə tutan atəşkəsi dəstəkləməməlidir
Olaf Şolts - Almaniya heç vaxt Ukraynanın təslim olmasını nəzərdə tutan atəşkəsi dəstəkləməməlidir

Almaniya heç vaxt Ukraynanın təslim olmasını nəzərdə tutan atəşkəsi dəstəkləməməlidir,- bu barədə Almaniya kansleri Olaf Şolts Bundestaqda çıxışı zamanı, deputatların suallarını cavablandırarkən bildirib.

Mənim fikrimcə, Ukraynanın təslim olmasını nəzərdə tutan atəşkəs Almaniyada heç vaxt dəstəkləməməli olduğumuz bir şeydir” -Şolts bildirib.

Almaniya kansleri həmçinin, Putinin təklifinə münasibət bildirib və bunu qəribə sülh təklifi adlandırıb.

“O, Ukraynanın da öz ərazilərinin işğalını tanıdığı təqdirdə atəşkəsə razılaşmağa hazır olduğunu bildirib. Bu, onların nə qədər istehza ilə düşündüyünü və Rusiya prezidentinin bu aqressiv müharibəni dayandırmaq üçün heç bir niyyətinin olmadığını göstərir”, – Şolts bildirib.

Kansler həmçinin qeyd edib ki, Almaniya Ukraynada davam edən müharibənin tərəfinə çevrilməyəcək və o, kansler kimi buna zəmanət verir.