Olaf Şolts- Aİ Gürcüstana üzvlük üçün lazım olan meyarları yerinə yetirməkdə dəstək olmaq üçün hər şeyi edir
Aİ Gürcüstana üzvlük üçün lazım olan meyarları yerinə yetirməkdə dəstək olmaq üçün hər şeyi edir-bu barədə Almaniya kansleri Olaf Şolz Gürcüstanın baş naziri İrakli Ğaribaşvili ilə birgə keçirilən mətbuat konfransında açıqlayıb.
Olaf Şolts Gürcüstanın Birinci Kanalının jurnalistinin “Avropa İttifaqına inteqrasiya istiqamətində Almaniyanın dəstəkləyici addımları nə olacaq, Almaniya Gürcüstan üçün hansı rolu oynayacaq” sualını cavablandırıb.
“İlk növbədə siyasi dəstək vacibdir. Aİ Gürcüstana üzvlük üçün lazım olan meyarları yerinə yetirməkdə dəstək olmaq üçün hər şeyi edir. Bu, hamının mərkəzi baxışıdır və son nəticədə kriteriyaları yerinə yetirmək namizəd ölkələrin öhdəsindədir. Lakin, bizim tərəfimizdən Gürcüstana hüquqi və siyasi tədbirlərin həyata keçirilməsi üçün hər cür dəstək olacaq. Bundan başqa, söhbət iqtisadi inkişaf perspektivlərinin inkişafından gedir, bu səbəbdən də bizim inkişaf siyasətində çox gözəl əməkdaşlığımız var, bunu genişləndirmək də olar. Gələcək inkişaf üçün bir çox başqa sahələr var – bu, enerji sahəsidir və biz bu gün bu barədə danışdıq”- deyə Olaf Şolts bildirib.