Oktyabrın 7-8-də Gürcüstanda vaxtaşırı yağışlı hava gözlənilir, oktyabrın 9-da isə sinoptiklər isti və yağmursuz hava şəraiti proqnozlaşdırırlar
Milli Ətraf Mühit Agentliyi yaxın günlərdə Gürcüstanda gözlənilən hava şəraiti ilə bağlı məlumat yayır. Sinoptiklərin proqnozuna əsasən, oktyabrın 9-u səhərədək Qərbi Gürcüstanda nisbətən sərin və vaxtaşırı yağışlı hava şəraiti gözlənilir, daha sonra isə hava şəraiti yaxşılaşacaq və yenə isti və yağmursuz olacaq.
Şərqi Gürcüstanda isti fonunda bəzi yerlərdə yağış yağacaq.
Tbilisidə ola bilsin az miqdarda yağış yağsın. Havanın temperaturu gündüz saatlarında +25, +27 dərəcə qeydə alınacaq. Sahil rayonlarında (Batumi, Kobuleti, Anaklia, Poti): oktyabrın 9-u səhərədək vaxtaşırı yağışlı hava şəraiti gözlənilir. Daha sonra hava şəraiti yaxşılaşacaq və istiləşəcək. Havanın temperaturu gündüz saatlarında +23, +26 dərəcə qeydə alınacaq.
Qərbi Gürcüstanın aran rayonlarında (Zestaponi, Kutaisi, Samtredia, Zuqdidi, Martvili, Ozurqeti): oktyabrın 9-u səhərədək bəzi yerlərdə yağış yağacaq. Havanın temperaturu gündüz saatlarında +26, +28 qeydə alınacaq. Qərbi Gürcüstanın dağlıq rayonlarında (Ambrolauri, Oni, Tsaqeri, Şovi, Çiatura, Saçxere, Xulo, Rikoti dağ keçidi) : bəzi yerlərdə şimşəklə müşaiyət olunan qısamüddətli yağış yağacağı gözlənilir. Havanın temperaturu gündüz saatlarında +20, +24 dərəcə olacaq. Qərbi Gürcüstanın yüksək dağlıq rayonlarında (Mestia, Baxmaro) : bəzi yerlərdə şimşəklə müşaiyət olunan qısamüddətli yağış yağacağı gözlənilir. Havanın temperaturu gündüz saatlarında +17, +19 dərəcə olacaq.
Kartlidə (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Sxinvali): oktyabrın 8-də bəzi yerlərdə yağış yağacaq. Havanın temperaturu gündüz saatlarında +27, +29 dərəcə olacaq.
Kaxetidə (Saqareco, Telavi, Qurcaani, Siğnaği, Laqodexi, Ğvareli, Axmeta, Dedoplistsğaro): oktyabrın 8-də bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Havanın temperaturu gündüz saatlarında +27, +29 dərəcə qeydə alınacaq. Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axaltsixe, Borcomi, Duşeti, Tianeti, Pasanauri): bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Havanın temperaturu gündüz saatlarında +22, +25 dərəcə qeydə alınacaq. Şərqi Gürcüstanın yüksək dağlıq rayonlarında (Axalkalaki, Tsalka, Bakuriani, Qudauri, Omalo): bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Havanın temperaturu gündüz saatlarında +12, +17 dərəcə olacaq.