Oktyabrın 5-də Tbilisidə "Expo Georgia"nın 3-cü pavilyonunda məşğulluq forumu keçiriləcək
Oktyabrın 5-də Tbilisidə "Expo Georgia"nın 3-cü pavilyonunda məşğulluq forumu keçiriləcək

 

Oktyabrın 5-də saat 12:00-da Tbilisidə “Expo Georgia”nın 3-cü pavilyonunda məşğulluq forumu keçiriləcək.

Tədbir Məşğulluğun Təşviqi üzrə Dövlət Agentliyinin təşkilatçılığı və Restauratorlar Assosiasiyasının dəstəyi ilə keçiriləcək.

Məşğulluğun Təşviqi üzrə Dövlət Agentliyindən bildirilib ki, forumun keçirilməsində məqsəd gənclər, işaxtaranlar və uzunmüddətli işsizlərin məşğulluğunun təşviq edilməsidir.

“İşaxtaranlar 1000-dən çox vakant iş yeri ilə tanış olmaq və özəl sektorun nümayəndələri ilə söhbət etmək imkanı əldə edəcəklər ki, bu da dərhal məşğulluğun təminatıdır. Məşğulluq forumunda orta və böyük şirkətlər iştirak edir: “Mc Donald”, “M Group”, “Antre”, “Legato”, “Wendy’s”, “Luca Polare”, “Subway”, “Maspindzeli”, KFC, HB, ” Gürcü Evi”, “Adjara Group”, “Radison”, “Holiday Inn”, “Sheraton”, “Marriott”, “Hilton”, “Pullman” və s.” -deyə məlumatda deyilir.