Oktyabrın 4-7-də Gürcüstanda isti və əsasən yağmursuz hava şəraiti gözlənilir
Milli Ətraf Mühit Agentliyinin məlumatına əsasən, yaxın günlərdə Gürcüstanda nisbətən isti və əsasən yağmursuz hava şəraiti gözlənilir.
Tbilisi şəhərində hava əsasən yağmursuz olacaq. Havanın temperaturu gündüz saatlarında +23, +25 dərəcə qeydə alınacaq.
Sahil rayonlarında (Batumi, Kobuleti, Anaklia, Poti) isti və yağmursuz hava şəraiti gözlənilir. Havanın temperaturu gündüz saatlarında +27, +29 dərəcə qeydə alınacaq.
Milli Ətraf Mühit Agentliyinin məlumatına əsasən, Qərbi Gürcüstanın aran rayonlarında (Zestaponi, Kutaisi, Samtredia, Zuqdidi, Martvili, Ozurqeti) isti və yağmursuz hava şəraiti gözlənilir. Havanın temperaturu gündüz saatlarında +28, +30 dərəcə qeydə alınacaq.
Qərbi Gürcüstanın dağlıq rayonlarında (Ambrolauri, Oni, Tsaqeri, Şovi, Çiatura, Saçxere, Xulo, Rikoti dağ keçidi) da isti və yağmursuz hava şəraiti gözlənilir. Havanın temperaturu gündüz saatlarında +24, +26 dərəcə olacaq.
Qərbi Gürcüstanın yüksək dağlıq rayonlarında (Mestia, Baxmaro) sinoptiklər havanın yağmursuz keçəcəyini proqnozlaşdırırlar. Havanın temperaturu gündüz saatlarında +18, +20 dərəcə olacaq.
Kartlidə (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Sxinvali) əsasən yağmursuz hava şəraiti gözlənilir. Havanın temperaturu gündüz saatlarında +23, +25 dərəcə olacaq.
Kaxetidə (Saqareco, Telavi, Qurcaani, Siğnaği, Laqodexi, Ğvareli, Axmeta, Dedoplistsğaro) əsasən yağmursuz hava şəraiti gözlənilir. Havanın temperaturu gündüz saatlarında +22, +24 dərəcə qeydə alınacaq.
Milli Ətraf Mühit Agentliyinin məlumatına əsasən, Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axaltsixe, Borcomi, Duşeti, Tianeti, Pasanauri) əsasən yağmursuz hava şəraiti gözlənilir. Havanın temperaturu gündüz saatlarında +20, +22 dərəcə qeydə alınacaq.
Şərqi Gürcüstanın yüksək dağlıq rayonlarında (Axalkalaki, Tsalka, Bakuriani, Qudauri, Omalo) da hava şəraitinin əsasən yağmursuz keçəcəyi ehtimal olunur. Havanın temperaturu gündüz saatlarında +15, +17 dərəcə qeydə alınacaq.