Oktyabrın 25-də Gürcüstan miqyasında, bələdiyyə mərkəzlərində yerləşən Ədliyyə Evinin 33 filialı işləyəcək
Oktyabrın 25-də elan edilmiş qeyri-iş günündə Gürcüstan miqyasında, bələdiyyə mərkəzlərində yerləşən Ədliyyə Evinin 33 filialı işləyəcək və istifadəçilərə yalnız şəxsiyyətlə əlaqəli xidmətlər göstərəcək. Məlumatı Ədliyyə Evinin mətbuat xidməti yayır.
“Xüsusilə, oktyabrın 25-də Ədliyyə Evinin filialları hazır sənədləri verəcəklər: Gürcüstan vətəndaşının pasportu, şəxsiyyət vəsiqəsi; doğum, nikah, ölüm haqqında şəhadətnamələr; Ərizənin təqdim edildiyi gün şəxsiyyət vəsiqəsinin (yaşayış yeri) elektron şəhadətnaməsi və Gürcüstan vətəndaşının biometrik pasportunu Tbilisinin Mərkəzi Ədliyyə Evi, Tbilisinin Qldani, Tbilisinin Varketili, Rustavi, Batumi №1 və Batumi №2 və Kutaisinin ədliyyə evlərində almaq mümkün olacaq; Ədliyyə Evləri istifadəçiləri saat 09:00-dan 18:00-dək qəbul edəcək; Nikah evləri oktyabrın 25-də adi qaydada işləyəcək;
Oktyabrın 25-də Ədliyyə Evinin aşağıdakı filialları istifadəçilərə xidmət göstərəcək: Axalkalakinin Ədliyyə Evi, Axaltsixenin Ədliyyə Evi, Batumi №1 Ədliyyə Evi , Batumi №2 Ədliyyə Evi, Bolnisinin Ədliyyə Evi, Borcominin Ədliyyə Evi, Qardabaninin Ədliyyə Evi, Qurcaaninin Ədliyyə Evi, Qorinin Ədliyyə Evi, Zestaponinin Ədliyyə Evi, Zuqdidinin Ədliyyə Evi, Tbilisinin Qldani Ədliyyə Evi, Tbilisinin Varketili Ədliyyə Evi, Tbilisinin Mərkəzi Ədliyyə Evi, Telavinin Ədliyyə Evi, Tianetinin Ədliyyə Evi, Laqodexinin Ədliyyə Evi, Marneulinin Ədliyyə Evi, Martvilinin Ədliyyə Evi, Mestianın Ədliyyə Evi, Ozurqetinin Ədliyyə Evi, Oninin Ədliyyə Evi, Rustavinin Ədliyyə Evi, Samtredianın Ədliyyə Evi, Senakinin Ədliyyə Evi, Potinin Ədliyyə Evi, Karelinin Ədliyyə Evi, Kutaisinin Ədliyyə Evi, Ğazbeqinin Ədliyyə Evi, Ğvarelinin Ədliyyə Evi, Tsğaltubonun Ədliyyə Evi, Xoninin Ədliyyə Evi və Xaşurinin Ədliyyə Evi” – Ədliyyə Evinin mətbuat xidmətinin məlumatında qeyd olunub.