Oktyabrın 23-də Azadlıq meydanı və Rustaveli prospektində hərəkət tam məhdudlaşdırılacaq
Oktyabrın 23-də Azadlıq meydanı və Rustaveli prospektində hərəkət tam məhdudlaşdırılacaq

 
Oktyabrın 23-nə planlaşdırılan tədbirlə əlaqədar Azadlıq meydanı və Rustaveli prospektində nəqliyyatın hərəkəti tam qadağan olunacaq. Məlumatı Tbilisi Meriyası yayır.

Meriyadan verilən məlumata əsasən, hərəkətə tətbiq olunan məhdudiyyət oktyabrın 23-ü saat 00:00-dan tədbir başa çatana qədər qüvvədə olacaq.

“Kote Apxazi və Şalva Dadiani küçələrindən Azadlıq meydanı istiqamətində də hərəkət məhdudlaşdırılacaq. Azadlıq meydanına doğru hərəkət edən avtonəqliyyat vasitələri Barataşvili küçəsindəki pandusa qədər, Rustaveli prospektinə doğru hərəkət edən avtomobillər isə Birinci Respublika meydanına qədər hərəkət edəcəklər; Qiorqi Leonidze, Pavle İnqoroğva, Aleksandre Cavcavadze, Aleksandre Qriboedov, Nikoloz Barataşvili və Revaz Tabukaşvili küçələrinin yardımı ilə hərəkətə icazə veriləcək; İvane Maçabeli küçəsində nəqliyyatın hərəkət istiqaməti dəyişəcək və Asatiani küçəsindən Maçabeli küçəsi ilə keçməklə Leonidze küçəsinə çıxmaq mümkün olacaq.

Sürücülər Petre Melikişvili prospektindən Mtatsmindanın qalan küçələrinə Simon Canaşia, İvane Tarxnişvili, Tamar Covelidze, Mixeil Zandukeli küçələrindən keçməklə, sonra isə Vasil Barnovi, İakob Qoqebaşvili və Polikarpe Kakabadze küçələrindən istifadə etməklə gedə biləcəklər; Mtatsminda rayonunun digər küçələrindən Melikişvili prospekti və “Rustaveli” metrostansiyasına getməyə Aleksandre Qriboedov, Kote Mağaşvili, Vasil Barnovi və Akaki Şanidze küçələri vasitəsilə icazə veriləcək.

“Rustaveli” metrostansiyasının ətrafındakı ərazidən Azadlıq meydanına doğru hərəkət edən şəxsi avtomobillər Rustaveli prospektində, Zeytun ağacının yanından dönərək Mixeil Cavaxişvili küçəsi və Mtkvarinin sağ sahili vasitəsilə hərəkət edə biləcəklər.

Məhdudiyyət müddətində qeyd olunan ərazilərdə hərəkət edən ictimai nəqliyyatın hərəkət marşrutları da dəyişdiriləcək. Xüsusilə ictimai nəqliyyatın Rustaveli prospektindən Barataşvili küçəsi istiqamətində hərəkət edən hissəsi bu dəfə Cavaxişvili küçəsi və Mtkvarinin sağ sahili vasitəsilə Barataşvili küçəsinə qoşulacaq, sonra isə müəyyən edilmiş sxem üzrə hərəkəti davam etdirəcək ; Qorqasali küçəsi və Avlabari meydanından hərəkət edən avtobuslar Barataşvili küçəsində sərnişinlərə xidməti başa çatdıracaq, əks istiqamətdə hərəkət edərkən isə ilkin olaraq Puşkin küçəsinin başlanğıcında dönəcək, sonra isə müəyyən edilmiş qrafik üzrə hərəkət edəcəklər.

Avtobuslar: N301, N309, N310, N337 və N345 Barataşvili körpüsündən sağa dönməklə Mtkvarinin sağ sahilinə qoşulacaq, Mixeil Cavaxişvili küçəsi vasitəsilə Tbilisinin Dövlət Konsert Zalına doğru hərəkət edəcək, sonra isə müəyyən edilmiş qrafik üzrə sərnişinlərə xidmət göstərəcəklər. Sözügedən avtobuslar əks istiqamətdə hərəkət edərkən eyni yoldan istifadə edəcək və Puşkin küçəsinin başlanğıcında dönərək müəyyən edilmiş sxem üzrə hərəkət edəcəklər.

Tbilisi-Kocori avtomobil yolunda hərəkət edən nəqliyyat Amağleba küçəsi 11 ünvanında dayanacaq və sərnişinlərə əks istiqamətdə də qeyd olunan ünvandan xidmət göstərəcək. Hərəkətə tətbiq olunan məhdudiyyət oktyabrın 23-ü saat 00:00-dan tədbir başa çatana qədər qüvvədə olacaq” – Tbilisi Meriyası tərəfindən yayılmış məlumatda deyilir.