Oktyabrın 11-də Devdorak tunelində avtomobillərin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq
Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamentinin məlumatına əsasən, oktyabrın 11-də Devdorak tunelində nəqliyyatın hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq.
“Beynəlxalq əhəmiyyətli Mtsxeta-Stepantsminda-Larsi avtomobil yolunun 123 km-135 km -dək olan hissəsində yerləşən Devdorak avtomobil tunelində yanğından mühafizə, təhlükəsizlik və monitorinq sistemlərində cari təftiş işlərinin aparılması məqsədilə 2022-ci ilin oktyabrın 11-də saat 10:00-dan 17:00-dək bütün növ avtomobillərin hərəkəti qadağan ediləcək.
Avtomobil tunelinin qapalı qaldığı dövr boyunca nəqliyyatın hərəkəti daxili dövlət əhəmiyyətli Devdorak tunelinin dolama yoluna qoşulacaq”-deyə Avtomobil Yolları Departamentinin məlumatında deyilir.