Oktyabrın 11-də Birinci Respublika meydanında Ukrayna-Gürcüstan oyununun açıq nümayişi keçiriləcək
Oktyabrın 11-də futbol üzrə Gürcüstan yığması UEFA Millətlər Liqasının növbəti oyununda Ukrayna yığması ilə qarşılaşacaq.
Paytaxtın meri Kaxa Kaladzenin Tbilisi bələdiyyəsinin hökumətinin iclasında qeyd etdiyi kimi, azarkeşlər görüşün canlı yayımını yenidən Birinci Respublika meydanında izləyə biləcəklər.
“Oktyabrın 11-də Tbilisi vaxtı ilə saat 22:45-də millimiz Polşada Ukrayna millisi ilə qarşılaşacaq. Komandamız üçün çox vacib oyun olacaq. Bu dəfə biz də qərar vermişik – Futbol Federasiyası ilə birlikdə Birinci Respublika meydanında açıq nümayiş keçirib, böyük ekranlar quraşdıracağıq. Biz gürcü azarkeşlərə milli komandaya birlikdə dəstək olmaq imkanı verəcəyik. Daha sonra sözügedən açıq nümayişlə bağlı ictimaiyyətə əlavə məlumat verəcəyik”. – Kaxa Kaladze dedi.
Polşanın Poznan şəhərində Ukrayna və Gürcüstan yığmaları arasında futbol oyunu keçiriləcək.