Oktyabrın 1-dən təcili tibbi yardım işçilərinin maaşı 10%-lə artacaq
Oktyabrın 1-dən təcili tibbi yardım işçilərinin maaşı 10%-lə artacaq

 
Fövqəladə Halların Koordinasiyası və Təcili Yardım Mərkəzinin əməkdaşlarının maaşı yenidən artırılır. Səhiyyə Nazirliyi bununla bağlı məlumat yayır.

Qurumdan verilmiş məlumatda qeyd olunduğu üzrə, oktyabrın 1-dən təcili tibbi yardım briqadası üzvlərinin və mərkəzi dispetçerin əməkhaqqı 10% artırılacaq.

“Dəyişikliklər işçilərin iş şəraitinin yaxşılaşdırılması və onlar üçün layiqli iş şəraitinin yaradılması məqsədinə xidmət edir.

Oktyabr ayından dörd minə qədər işçi artırılmış əmək haqqı alacaq. Təcili tibbi yardım həkiminin maaşı ayda orta hesabla, 8 növbə halında -2184 lari, referal həkimin maaşı -2536 lari, paramedikin-2184 lari, motomedikin- 2184 lari, kiçik həkimin maaşı-1800 lari, tibb bacısının – 1664 lari, sürücünün – 1520 lari, dispetçerin – 1392 lari, xəstəxanaya yerləşdirmə menecerinin- 1648 lari, növbə rəisinin- 2560 lari, növbə rəisinin müavininin – 2128 lari, operatorun – 1024 lari olacaq.

Qeyd etmək lazımdır ki, əmək haqqı 2024-cü ildən əlavə 10%-lə artacaq. Fövqəladə Halların Koordinasiyası və Təcili Yardım Mərkəzinin işçilərinin tibbi sığortası artıq təkmilləşdirilib. 2023-cü ildə Fövqəladə Halların Koordinasiyası və Təcili Yardım Mərkəzi Mindeli küçəsindəki yeni təmir edilmiş binaya köçüb və yeni iş şəraitində fəaliyyətini davam etdirir”-deyə Səhiyyə Nazirliyinin məlumatında deyilir.