Oxanaşvilinin komissiyaya sədrliyin "Milli Hərəkat"a həvalə edilməməsi nə dərəcədə doğrudur deyə ünvanladığı suala Tina Bokuçavanın cavabı – partiya mənsubiyyəti olmayan deputatın rəhbərlik etməsi məqsədəuyğundur
Oxanaşvilinin komissiyaya sədrliyin "Milli Hərəkat"a həvalə edilməməsi nə dərəcədə doğrudur deyə ünvanladığı suala Tina Bokuçavanın cavabı – partiya mənsubiyyəti olmayan deputatın rəhbərlik etməsi məqsədəuyğundur

 
Hesab edirik ki, məhkəmə ilə bağlı istintaq komissiyasına heç bir partiya mənsubiyyəti olmayan deputatın rəhbərlik etməsi məqsədəuyğun olacaq-“Milli Hərəkat”ın üzvü Tina Bokuçava Hüquq Məsələləri Komitəsinin sədri Anri Oxanaşvilinin komissiyaya sədrliyin “Milli Hərəkat”a həvalə edilməməsi haqqında məlumat yayılması ilə bağlı sualına belə cavab verib.

Oxanaşvili bu məlumatın nə dərəcədə doğru olduğu və əgər belədirsə, bunun səbəbinin nə olduğu ilə maraqlanıb.

Tina Bokuçava istintaq komissiyasının müstəqil şəkildə fəaliyyət göstərməsinin və heç bir spekulyasiya şansının olmamasının olduqca vacib olduğunu bildirib.

“Təbii ki, biz sözügedən komissiyanı tam tərkiblə dəstəkləyirik. Sədrliklə bağlı Anri Oxanaşviliyə cavab verəcəyik. Hesab edirik ki, bu halda partiya mənsubiyyəti olmayan deputatın bu komissiyaya rəhbərlik etməsi məqsədəuyğun olacaq. Hesab edirik ki, komissiyanın müstəqil şəkildə fəaliyyət göstərməsi və hər hansı spekulyasiya şansının belə aradan qaldırılması ictimaiyyətdə maksimal şəkildə geniş etimada sahib olmaq üçün olduqca vacibdir. Arzu edərdim ki, qeyd olunan məsələni siz də başa düşəsiniz və bu komissiyanın əhəmiyyətini belə görəsiniz” – deyə Tina Bokuçava açıqlayıb.