Oğru aləminə üzv olmaqda və dəstəkləməkdə ittiham olunan yeddi nəfərin hamısına qarşı həbs qətimkan tədbiri seçildi
Oğru aləminə üzv olmaqda və dəstəkləməkdə ittiham olunan yeddi nəfərin hamısına qarşı həbs qətimkan tədbiri seçildi

Oğru aləminə üzv olmaqda və dəstəkləməkdə ittiham olunan yeddi nəfərin hamısına qarşı həbs qətimkan tədbiri seçildi.

Hakim həbslə bağlı prokurorun vəsatətini tam təmin etdi. Vəkillərin bəziləri 5000 lari, bəziləri isə alternativ olaraq 7000 lari girov tələb edirdilər.

Daxili İşlər Nazirliyinin əməkdaşları iki gün əvvəl 7 nəfəri həbs etdi, iki nəfərə isə, qiyabi ittiham irəli sürüldü.

Söhbət Türkiyədə alınan və Gürcüstana gətirildikdən sonra saxta olduğu üzə çıxan külli miqdarda qızıldan gedir. İstintaqın məlumatına görə, tərəflər qanuni oğruları, o cümlədən Mindia Qoradzeni, ləqəbi Lavas Oğlunu, eləcə də xaricdə olan digər iki qanuni oğrunu cəlb etdilkər. Qanuni oğrulara qarı hələ ittiham irəli sürülməyib.