"Obyektiv" kanalının jurnalistlərini fiziki təhqir etdilər
"Obyektiv" kanalının jurnalistlərini fiziki təhqir etdilər

“Obyektiv” teleşirkətinin çəkiliş qrupuna inşaat edilən binaların birini çəkərkən fiziki təhqir edildi.

Obyektiv kanalının informasiya xidmətinin rəhbərinin veridiyi məlumata görə, kanalın operatoru və jurnalisti hazırda xəstəxanaya yerləşdiriliblər.

Çəkilişi qrupunu fiziki və sözlü təhqir edən şəxs King Edward mehmanxanasının sahibidir. Onları təhqir edən şəxs, inşaat edilən binanın çəkilməsinə mane olmağa çalışırdı.

Söz edilən inşaat binası prezident administrasiyasının arxasında yerləşir.

“Məlum oldu ki, binanın inşaat izni yoxdur və mehmanxana da sahibinin həyat yoldaşının adına qeydiyyatdan keçib. Çəkiliş zamanı mehmanxananın sahibi və oğlu çıxıb jurnalistləri dövməyə başladılar” – dedi Kasradze.

Giorgi Kasradzenin dediyinə görə, onlar istintaqın obyektiv şəkildə aparılmasını tələb edirlər və bəyan edirlər ki, mehmanxana sahibi onların əlindən aldığı video-kadrları silə bilər və buna mane olmalıdırlar.

Hadisə yerinə hüquqmühafizəçilər də gediblər.