"Obozrevatel" - Rusiya-Ukrayna arasında ilk danışıqlarda Ukrayna nümayəndə heyətinin üzvü, Denis Kireev öldürülüb
“Obozrevatel” Ukrayna nəşrinin məluamatına görə, Rusiya-Ukrayna arasında ilk danışıqlarda Ukrayna nümayəndə heyətinin üzvü, Denis Kireev öldürülüb. Nəşrin məlumatına görə, danışıqlar aparan şəxs Kireev saxlanılarkən Ukrayna Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyat zamanı öldürüldü.
İlkin məlumatlara görə, Denis Kirev dövlətə xəyanətdə ittiham olunurdu. Bundan başqa, müvafiq məlumatı deputat Aleksandr Dubinski də yaydı. Nəşr yazır ki, Ukrayna prezidentinin aparatı Kirevin adını danışıqların iştirakçısı kimi qeyd etməyib və onun adı mətbuat xidmətinin dərc etdiyi siyahıda yoxdur, baxmayaraq ki, foto və videoda o, Kiyev nümayəndələri yanındakı masada görünür.
Kireev bank sektorunda ekspert idi. Denis Kireev eyni zamanda “Oshadbank” İdarə Heyəti sədrinin birinci müavini (2010-2014) və “Ukreximbank” Müşahidə Şurasının üzvü (2006-2012) idi.