O yoxsulluq içində vəfat etdi - Maradonanın dostu əfsanənin maddi problemləri haqqında danışdı
Jurnalist Luis Ventura, hansı ki, Dieqo Maradonanın yaxın dostu və eyni zamanda ailə dostu idi, bəyan etdi ki, əfsanəvi Argentinalı futbolçu son illərdə böyük maddi problemlər içində yaşayırdı.
“Demək olar ki, Maradonanın bank hesabında heçnə qalmamışdı. Onun hərşeyini oğurladılar, oğurlanmayan mal varlıqlarını isə, özü paylamışdı” – dedi Ventura.
Jurnalistin dediyinə görə, Maradona “Ximnasianın” məşqçisi olaraq aldığı maaşla yaşayırdı.