2020-ci ildə Nyu Yorkun nüfuzlu marafonu keçirilməyəcək. Bu barədə şəhərin meri, Bil De Blazoy bəyan etdi. Marafonun keçirilməsi 1 noyabrda planlaşdırlmışdı.
“Təşkilatçılar alqışlara layiqdirlər ki, tamaşaçı və iştirakçıların təhlükəsizliyini ön plana çəkdilər. 2021-ci ildə növbəti marafonu səbirsizliklə gözləyəcəyik”, – Blazoy bəyan etdi.
Bundan əvvəl, koronavirus pandemiyasına görə, Roma, Boston, Berlin və Paris marafonları ləğv olundu.