Nyu-Yorkda bir nəfər Donald Trampın məhkəməsinin davam etdiyi məhkəmə binası yaxınlığında özünü yandırıb
Nyu-Yorkda bir nəfər Donald Trampın məhkəməsinin davam etdiyi məhkəmə binası yaxınlığında özünü yandırıb

Nyu-Yorkda naməlum şəxs ABŞ-ın sabiq prezidenti Donald Trampın mühakimə olunduğu məhkəmə binası yaxınlığında özünü yandırıb.

Hadisə şahidlərinin sözlərinə görə, kişi yanacaq tökməzdən əvvəl vərəqələr səpələyib.

Xarici mediyanın yazdığı üzrə, çoxsaylı yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılan kişini xilas etmək mümkün olmayıb.

Kişinin hərəkətinin motivi məlum deyil.