Nyu-York və Nyu-Cersidə güclü fırtına səbəbindən fövqəladə vəziyyət elan edilib

15:51, 27.09.2026

ABŞ-nin şimal-şərq sahilini güclü fırtına vurub və bu, selə, elektrik enerjisinin kəsilməsinə və nəqliyyatda məhdudiyyətlərə səbəb olub. „BBC“nin məlumatına əsasən, fırtına səbəbindən idman və əyləncə tədbirləri də ləğv edilib.

Fəlakət ABŞ-nin şimal-şərq hissəsində yaşayan on milyonlarla insanı təhdid edir. „BBC“ yazır ki, artıq Nyu-York və Nyu-Cersi ştatlarında fövqəladə vəziyyət elan edilib. Virciniyadan Men ştatına qədər güclü yağış və külək gözlənilir. Bruklində təbii fəlakət insan tələfatına da səbəb olub. Güclü külək ağacı aşırıb. Bir nəfər həlak olub. Nyu-Cersinin sahil şəhəri Surf City-də küçələri su basıb. şəhərində küçələri su basıb. Fırtına səbəbindən 100 000-dən çox ailəyə elektrik enerjisi verilmir. 3000-dən çox aviareys ləğv edilib və ya təxirə salınıb.

ABŞ Meteorologiya Xidmətində bildiriblər ki, fırtına səbəbindən bir neçə regionun, o cümlədən Nyu-York və Bostonun sahil zonalarının su altında qalma təhlükəsi var.

Oxşar