Nyu York Terror aktında ittiham olunan özünü günahsız hesab edir
Nyu York Terror aktında ittiham olunan özünü günahsız hesab edir

Nyu-Yorkda piyadaların üzərinə yük maşını sürən və səkkiz nəfərin həyatına son qoyan terror aktında ittiham olunan,  özünü günahsız hesab edir.

2010-cu ildə Özbəkistandan ABŞ-a gələn Saypulo Sayipov federal məhkəmə prossesində günahsız hesab olunması barəsində tələb irəli sürdü. O, terrorizm və qətl maddəsinin 22 başqa başqa müddəası ilə, o cümlədən “İslam Dövləti” terror təşkilatına maddi dəstəkdə ittiham olunur. Sayipovu 31 oktyabrda, hadisə yerində yaxaladılar.

Terror təşkilatı və “İslam Dövləti” terrorçuluq təşkilatına maddi dəstək daxil olmaqla, 22 maddə ilə ittiham olunur. Sipov, 31 Oktyabrda edilən hücumda nəzarətə alındı.

Onun ölümlə cəzalandırılması da müzakirə olunurdu və bunun fəal tərəfdarı ABŞ prezidenti Donal Tramp idi.

Sayipovu polis hadisə yerində yaxalayarkən əməliyyat zamanı yaraladı.

İşdə olan sənədlərə görə, Sayipov törətdiyi cinayəti, hələ xəstəxanada olarkən sorğu zamanı etiraf etdi və hücuma bir il ərzində necə hazırlaşdığını təfərruatı ilə danışdı.

Sayipovu işinin növbəti məhkəməsi prossesi 23 yanvar tarixində keçiriləcək.