Nyu-York münsiflər heyəti Donald Trampı cinayət işində təqsirli bilib
Nyu-York münsiflər heyəti Donald Trampı cinayət işində təqsirli bilib

Nyu-York münsiflər heyəti ABŞ-ın keçmiş prezidenti Donald Trampı cinayət işi üzrə təqsirli bilib. Tramp maliyyə sənədlərini saxtalaşdırmaqda ittiham edilib.

İki günlük müşavirədən sonra münsiflər heyəti Donald Trampı bütün 34 ittiham üzrə təqsirli bilib. Qərara gəlmək üçün münsiflər heyətinin yekdil qərarı tələb olunurdu.

Hakim hökmü iyulun 11-də elan edəcək.

Bu qərarla Tramp ABŞ tarixində cinayət törətməkdə təqsirli bilinən ilk keçmiş prezidentdir.

Onlar Donald Trampın 2016-cı il seçkiqabağı fonddan sənədlərdə hüquqi xidmət xərcləri kimi istifadə etdiyi 130 min dolları mübahisələndiriblər. Əslində bu pul porno ulduz Stormi Danielsə Trampla cinsi əlaqəsi haqda susması müqabilində ödənilib.

Donald Trampın özü özünü günahsız hesab edir.