"Nyu Hospitals"-ın həkimi bəyan edir ki, Vake Parkında xəsarət alan uşaq süni tənəffüs aparatından çıxarıldı
"Nyu Hospitals"-ın həkimi bəyan edir ki, Vake Parkında xəsarət alan uşaq süni tənəffüs aparatından çıxarıldı

“Nyu Hospitals”-ın Uşaq Sağlamlığı Mərkəzinin rəhbəri, David Sibadze bəyan edir ki, Vake Parkında xəsarət alan uşaq süni tənəffüs aparatından çıxarıldı. Elə onun dediyinə görə, uşaq artıq valideynləri ilə əlaqəyə girdi və intensiov müşahidə altında qalacaq.

Bununla yanaşı, David Sibadze ümud edir ki, uşağı tezliklə evə buraxacaqlar.

“Bu vaxt üçün uşağın vəziyyəti yaxşılaşıb, buda onunla əks olunur ki, süni tənəffüs aparatından çıxarıldı. Əlaqəyə girir. Artıq valideynləri ilə danışdı. Sözsüz ki, müəyyən risklər qalır. Lakin ilk 24 saat saat ərzində pis nə ola bilərdisə, anoksik zədə az-çox geridə qaldı. Ümid edirəm ki, çox tezliklə Lazare evə buraxılacaq. Çətinliklər təhlükəsi hələ də qalır, çünki orada aspirasiya var idi. Hələ 72 saat keçməyib və intensiov müşahidə altında qalacaq. Tibb personalı tərəfindən onun heç bir səbəbi yoxdur ki, uşağı harayasa keçirək”, – David Sibadze bəyan etdi.