Nutsa Buzaladzenin Avroviziya mahnı və klipinin premyerası keçirilib

 
Gürcüstanın Avroviziya Mahnı Müsabiqəsində təmsilçisi Nutsa Buzaladzenin Tbilisidə, Redisson red courtyard-da mahnı və klipinin premyerası keçirilib.

Firefighter – bu, Darko Dimitrov və Ada Satkanın Nutsa üçün xüsusi olaraq yazdığı Gürcüstanın 2024-cü il üçün müsabiqə mahnısının adıdır.

Klipin rejissoru Zaza Oraşvili, rəssamı Şako Popiaşvili, xoreoqrafı Luici Alokadır, geyimlərin dizaynı Laşa Coxadze və Aleksandre Axalkatsişviliyə məxsusdur, montajın rejissoru isə Nestan Sincikaşvilidir.

Video-çarxda Nutsa Buzaladze ilə birlikdə gürcü və italyan rəqqaslar iştirak edirlər. Bu il Avroviziya Mahnı Müsabiqəsi mayın 7, 9 və 11-də İsveçin Malmö şəhərində keçiriləcək.

Mayın 9-da keçiriləcək ikinci yarımfinalda Gürcüstanı Nutsa Buzaladze təmsil edəcək. Ənənəvi olaraq Birinci Kanal müsabiqənin birbaşa translasiyasını təqdim edəcək.