Nuqzar Tinikaşvilinin məlumatına görə, Axalqoridən Tbilisiyə ağır vəziyyətdə gətirilən şəxs yolda həlak oldu
İşğal altında olan Axalqori sakini 63 yaşlı kişi yolda həyatını itirdi.
Axalqori Qamgebelisi Nuqzar Tinikaşvili bəyan edir ki, ölən şəxsin müalicəyə ehtiyyacı var idi, ancaq ona Gürcüstan iqtidarı tərəfindən nəzarət edilən əraziyə keçmək imkanı verilmədi.
“O uzun zamandır yardım istəyirdi, müalicəyə ehtiyyacı var idi. Vəziyyəti ağırlaşanda sərhədi keçməyə imkan vermədilər. Sonra isə, qərar verildikdən sonra, o artıq dayana bilmədi və yolda həlak oldu. Onu “Qızıl xaç” təşkilatı gətirmişdi” – dedi Nuqzar Tinikaşvili Birinci Kanal ilə müsahibə zamanı.