Nuqzar Tinikaşvili - İşğal altında olan Axalqoriyə giriş-çıxış nəzarəti sərtləşdirilib
İşğal altında olan Axalqori ərazisinə giriş-çıxış hər zamanki rejimdə həyata keçirilir, ancaq keçid nəzarəti biraz sərtləşdirilib.
Bu barədə bəyanatı Axalqorinin qamgebelisi Nuqzar Tinikaşvili verdi.
Onun dediyinə görə, vətəndaşların və avtomobillərin yoxlanışı daha diqqətli keçirilir.
Tinikaşvilinin dediyinə görə, Arçil Tatunaşvili ilə bərabər həbs edilən Levan Kutaşvili və İoseb Pavliaşvili Axalqoridə öz evlərindədirlər, ancaq onların mərkəzi iqtidar tərəfindən nəzarət edilən əraziyə keçmələrinə icazə verilmir.
“Mən düşünürəm ki, Arçil Tatunaşvilinin cəsədinin gətirilməsindən sonra, onlar da azad ediləcəklər” – dedi Tinikaşvili.