Noyabrın 9 və 10-da Rikoti tunelində hərəkətə məhdudiyyətlər qoyulacaq

Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin  Avtomobil Yolları Departamentinin məlumatına görə, noyabrın 9-dan beynəlxalq əhəmiyyətli Tbilisi-Senaki-Leselidze yolunun 143-cü km-də yerləşən Rikoti tunelində profilaktik işlərin aparılması üçün saat 00:00-dək, noyabrın 10-u saat 00:00-dan 06:00-dək isə bütün növ nəqliyyat vasitələrinin hərəkəti qadağandır. Günün qalan hissəsində isə nəqliyyatın hərəkəti sərbəstdir.

Bu müddət ərzində avtomobil tunelinin bağlanması zamanı nəqliyyatın hərəkəti daxili əhəmiyyətli Rikoti tunelinin giriş yoluna keçəcək.

Hərəkət patrul polisinin birbaşa nəzarəti və koordinasiyası altında həyata keçiriləcək.