Noyabrın 8-dən peyvənd olunan 60 yaşdan yuxarı vətəndaşlara  200 lari birdəfəlik əlavə pul bu gün köçürüləcək
Noyabrın 8-dən peyvənd olunan 60 yaşdan yuxarı vətəndaşlara 200 lari birdəfəlik əlavə pul bu gün köçürüləcək

Koronavirus peyvəndi ilə bağlı 200 larilik əlavənin elan edilməsindən sonra peyvənd olunmuş 60 yaşdan yuxarı vətəndaşların pulları bu gün Liberty Bank-dakı pensiya hesablarına köçürüləcək. Maddi yardımın məbləği 2 024 200 larini təşkil edib, – Sosial Xidmətlər Agentliyinin rəhbəri vəzifəsini icra edən Levan Qoqodze bildirib.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, 200 larilik əlavə yalnız noyabrın 8-dən dekabrın 31-dək ilkin dozada peyvənd olunanlara veriləcək.

İlk dozada peyvənd edilmiş və ya tam peyvənd olunmuş və “gücləndirici doza” etdirən 60 və yuxarı yaşda olan şəxslərə birdəfəlik nağd pul əlavəsi verilməyəcək.

Yaşı 60-65 arasında olan və pensiya yaşına aid olmayan vətəndaşlara gəlincə, “Liberty Bank”la bağlanmış müqavilə çərçivəsində birdəfəlik əlavə yeni açılan hesaba köçürüləcək.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, 2021-ci ilə qədər 200 lari birdəfəlik yardım ala bilməyən benefisiarlar pulu gələn ilin əvvəlində alacaqlar.