Noyabrın 30-dək Samtredia-Lançxuti-Qriqoleti yolunun 11-ci km-də avto-nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
Gürcüstan Avtomobil Yolları Departamenti ilə bağlanmış müqavilə əsasında MMC “Avtoqza Lentexi 99” beynəlxalq əhəmiyyətli Samtredia-Lançxuti-Qriqoleti avtomobil yolunun 11-ci km-də Xevistsğali çayı üzərindəki körpü keçidinin bərpa işlərini həyata keçirir.
Məlumatı Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamenti yayır.
İdarədən verilən məlumatda işlərin aparılması üçün cari ilin noyabrın 30-dək yolun hərəkət hissəsinin bağlanacağı və avto-nəqliyyat vasitələrinin hərəkətinin müvəqqəti dolama yola yönəldiləcəyi deyilir.