Noyabrın 30-da Qori avtomobil tunelində hərəkətin müvəqqəti yönləndirilməsi tətbiq olunacaq
Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamentinin məlumatında beynəlxalq əhəmiyyətli Tbilisi-Senaki-Leselidze avtomobil yolunun 88-ci km-də yerləşən Qori avtomobil tunelində profilaktik işlərin aparılması məqsədilə, 2022-ci ilin noyabrın 30-da saat 00:00-dan saat 03:00-dək tunelin Senaki-Tbilisi, saat 03:00-dan saat 06:00-a qədər isə tunelin Tbilisi-Senaki istiqamətində bütün növ avtonəqliyyat vasitələrinin hərəkətinin qadağan edildiyi deyilir.
“Avtomobil tunelinin Senaki-Tbilisi istiqamətinin bağlanması müddətində avtonəqliyyat vasitələrinin axını daxili dövlət əhəmiyyətli Qori tunellərinin dolama yoluna yönləndiriləcək .
Avtomobil tunelinin Tbilisi-Senaki istiqamətinin bağlanması müddətində avtonəqliyyat vasitələrinin axını tunelin Senaki-Tbilisi istiqamətinə və Senaki-Tbilisi istiqaməti daxili dövlət əhəmiyyətli Qori tunellərinin dolama avtomobil yoluna yönləndiriləcək” -deyə məlumatda qeyd edilir.