Noyabrın 3-nə rəsmi valyuta məzənnəsi - Dollar - 3,1678 lari, avro - 3,6740 lari, funt sterlinq - 4,3174 laridir.
Gürcüstan Milli Bankının dərc etdiyi məlumata görə, noyabrın 3-də bir ABŞ dolları 3,1678 lari, avro 3,6740 lari, Britaniya funt sterlinqi isə 4,3174 lari təşkil edəcək.
Bu gün rəsmi məzənnəyə əsasən, bir ABŞ dolları 3,1690 lari, avro 3,6659 lari, funt sterlinq isə 4,3231 lari olub.
Bugünkü ticarət nəticəsində əldə olunan məzənnə sabah, noyabrın 3-də aktivləşdiriləcək.