Noyabrın 25-dən dekabrın 15-dək Ortaçala küçəsi hər iki tərəfdən bağlı olacaq
Noyabrın 25-dən dekabrın 15-dək Ortaçala küçəsi hər iki tərəfdən bağlı olacaq

Yol infrastrukturu işləri ilə əlaqədar olaraq noyabrın 25-dən dekabrın 15-dək Krtsanisi rayonu Ortaçala küçəsinin orta hissəsi hər iki tərəfdən bağlı olacaq. Məlumatı Tbilisi meriyası yayıb.

Aparılan bərpa işləri çərçivəsində Krtsanisi rayon İcra Hakimiyyətinin podratçısı adıçəkilən küçədə istirahət məkanının abadlaşdırılması işləri başa çatdırılıb. Hazırkı mərhələdə yeraltı hava kommunikasiyalarının çəkilməsi və yeni asfalt örtüyünün salınması, yolun genişləndirilməsi və səkilərin təmiri kimi yol infrastrukturunun təşkilinə başlanılır.

Sözügedən işlərin görülməsi ilə əlaqədar olaraq, noyabrın 25-dən dekabrın 15-dək Ortaçala küçəsinin orta hissəsi – N90-dan N100-dək olan yolda hər iki tərəfdən avtomobillərin ikitərəfli hərəkətinin qadağan edilməsi zəruridir. Bundan başqa, N57 və N80 avtobuslarının hərəkət sxemi dəyişdiriləcək. Onlar Ortaçala küçəsi N90-a qədər hərəkət edəcəklər.