Noyabrın 21-də Ümumdünya Televiziya Günü qeyd olunur
Noyabrın 21-də Ümumdünya Televiziya Günü qeyd olunur

 

Noyabrın 21-də Ümumdünya Televiziya Günü qeyd olunur. BMT-nin illik təşəbbüsü çərçivəsində, bu gün dünyanın hər yerindən televiziya stansiyaları birləşərək insanların həyatında televiziyanın gücünü xatırlatmaq üçün 30 saniyəlik videoçarx nümayiş etdirirlər.

Artıq 26-cı ildir qeyd olunan Ümumdünya Televiziya Günü qlobal reallığı bayram edir: televiziyanın istənilən digər mediadan daha çox imkanları var. Televiziya həmişə evdə və yolda, hər ekranda, canlı efirdə və ya onlayn əlçatandır.

Bu il Ümumdünya Televiziya Gününün mövzusu televiziyanın keyfiyyətli əyləncələri, sosial mövzuları, xəbərləri və digər hadisələri ictimaiyyətin diqqətinə necə çatdırdığını vurğulamaqdır.

1996-cı ildə Birləşmiş Millətlər Təşkilatı üzv ölkələri Beynəlxalq Televiziya Gününü qeyd etməyə çağırıb. Bunun üçün Birinci Dünya Televiziya Forumunun keçirilmə tarixi noyabrın 21-i seçilib.