Noyabrın 20-nə rəsmi məzənnə - Dollar - 3,1120 lari, avro - 3,5169 lari, funt sterlinq - 4,1769 laridir.
Gürcüstan Milli Bankının dərc etdiyi məlumata görə, noyabrın 20-də bir ABŞ dolları 3,1120 lari, avro 3,5169 lari, Britaniya funt sterlinqi isə 4,1769 lari təşkil edəcək.
Bu gün rəsmi məzənnəyə əsasən, bir ABŞ dolları 3,1303 lari, avro 3,5485 lari, funt sterlinq isə 4,2234 lari olub.
Bugünkü ticarət nəticəsində əldə olunan məzənnə sabahdan, noyabrın 20-dən qüvvəyə minəcək.