Noyabrın 2-də ümumi Gürcüstanın katolikos-patriarxı II İlianın dəvəti ilə Gürcüstan Ortodoks Kilsəsinin Müqəddəs Sinodunun iclası keçiriləcək.
Məlumatı Gürcüstan Patriarxlığının İctimaiyyətlə Əlaqələr Xidməti yayır.
“2023-cü ilin noyabr ayının 2-də saat 12:00-da Gürcüstan Ortodoks Kilsəsinin Müqəddəs Sinodunun iclası ümumi Gürcüstanın katolikos-patriarxı, Mtsxeta-Tbilisi arxiyepiskopu və Bichvinti və Tsxum-Abxaziya mitropoliti II İlianın dəvəti ilə keçiriləcək.
Qeyd edək ki, bu il Sinodun iclası ikinci dəfədir keçirilir. İlk dəfə olaraq Müqəddəs Sinod 2023-cü ilin fevralın 14-də bir araya gəlib” – patriarxlığın məlumatında qeyd olunur.